Xocavənddə silah-sursat aşkarlanıb

xocavendde-silah-sursat-askarlanib
Oxunma sayı: 2102

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 avtomat, 2 əl qumbarası,  müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.