“Yalnız bunun sayəsində Azərbaycan musiqisini dünyaya tanıtmaq olar”

yalniz-bunun-sayesinde-azerbaycan-musiqisini-dunyaya-tanitmaq-olar
Oxunma sayı: 1974

“Təəssüflər olsun ki, bu gün irihəcmli əsərlərə, yəni terminlə ifadə edəsi olsaq, akademik səviyyəli ciddi musiqilərə, onların yaranmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu ümummili lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib.

O, Azərbaycanda 18-ci caz festivalı ilə yanaşı 15-ci musiqi festivalı keçirildiyini xatırladıb:

“Fikir verirsinizsə, burada tarazlıq pozulub. Necə olur ki, Üzeyir Hacıbəyov adına Musiqi Festivalı 15-ci dəfə, amma onunla paralel Caz Festivalı 18-ci dəfə keçirilir? Mən çox rica edirəm, məni caz sənətinin düşməni kimi qiymətləndirməyin, amma tarazlığın qorunması çox vacibdir”.

F. Əlizadə qeyd edib ki, bizim bəstəkarlarımız öz yaradıcı düşüncələrini irihəcmli musiqi nümunələrinə, onların bəstələnməsi istiqamətinə yönəltmələrini istəyir:

“Yalnız bunun sayəsində Azərbaycan musiqisini dünyaya tanıtmaq olar”.

Onun fikrincə, Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, çünki təhsil ocağı deyil:

“Bəstəkarlar İttifaqı yetişmiş bəstəkarları üzvlüyünə qəbul edir, onların dünyada çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı şeylərdir”