Yanğın “LC Waikiki”nin anbarında baş verməyibmiş - Video - Yenilənib

yangin-lc-waikikinin-anbarinda-bas-vermeyibmis
Oxunma sayı: 6583

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. 

Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

***

FHN-dən bildirilib ki, sözügedən yanğın hadisəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.

Anbara bitişik kağız sexi yanıb və bu barədə ötən gün FHN məlumat yayıb.