Ötən həftə Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğına görə Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslər digər klinikalara təxliyə olunublar.
Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4 nəfər könüllü olaraq özəl tibb müəssisələrinin birinə, 1 nəfər isə Yeni Klinikaya təxliyə edilib.
Qeyd edək ki, faciəvi hadisə nəticəsində 3 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər