Yanğından səhərə qalan “Faxralı”... - Video - Fotolar

yangindan-sehere-qalan-faxrali
Oxunma sayı: 11900

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisindəki  “Faxralı” restoranında yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına əsasən, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Yanğının tam söndürülməsinə baxmayaraq, həmin obyekt yerlə yeksan olub. Demək olar ki, “Faxralı”dan səhərə sadəcə külləri qalıb.

Əməkdaşımız Elsevər Məmmədovun “Faxralı”dan bu səhər çəkdiyi görüntüləri təqdim edirik: