Yanğınsöndürənlərin “buzlu su” faciəsi- - 1ölü, 2 yaralı

yanginsondurenlerin-buzlu-su-faciesi-
Oxunma sayı: 1975


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər suyu universitet orkestrinin üzvlərinin üzərinə tökməli idilər. Elektrik xətlərinə yaxınlaşan zaman Qrider və onun həmkarı yanğınsöndürən nərdivanının yuxarı pilləsində dayanmışdılar.

Hadisə nəticəsində yanğınsöndürmə xidmətinin üç əməkdaşı xəstəxanaya yerləşdirilib, nəticədə onların ikisi evə buraxılıb, 41 yaşlı yanğınsöndürən Toni Qrider (Tony Grider) isə həlak olub. Tələbələrdən xəsarət alan olmayıb.

ALS Ice Bucket Challenge aksiyasinin mahiyyəti yan amiotrofik skleroz (YAS) ilə mübərizədir. İştırakçılar ya 24 saat ərzində üzərilərinə soyuğ su tökməlidirlər, ya da ALS (YAS ilə mübarizə təşkilatı) üçün ianə etməlidirlər. Son vaxtlar ərzində aksiyaya dünya üzrə bir çox məşhur aktyor, müğənni, idmançı və siyasitətçilər qoşulublar. Aksiya zamanı artıq 65 million dollardan çox vəsait yığılıb.