Yankoviç “Atletik”ə qarşı oynayacaq?

yankovic-atletike-qarsi-oynayacaq
Oxunma sayı: 5919

“Qarabağ”ın futbolçusu Marko Yankoviç zədəsini sağaldıb.

Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, M.Yankoviç artıq komanda ilə məşqlərə başlayıb.

Qurban Qurbanov şans verəcəyi halda Yankoviç Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda İspaniyada “Atletik”lə oyunda iştirak edəcək.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” oyunu oktyabrın 22-si baş tutacaq.

Elsevər Məmmədov