Yankoviç uzun müddət meydanlardan kənarda qalacaq

yankovic-uzun-muddet-meydanlardan-kenarda-qalacaq
Oxunma sayı: 8732

“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Bunu “Qafqazinfo”ya açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi akarlanıb. Müalicə üçün 6 həftə vaxt lazım olacaq.

Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.

Elsevər Məmmədov