Yaponiya əcnəbilərin girişini tamamilə qadağan edəcək

Yaponiya əcnəbilərin girişini tamamilə qadağan edəcək
Oxunma sayı: 541

Dünyada təsbit edilən koronavirusun mutasiyaları ilə əlaqədar olaraq, Yaponiya hökuməti, hətta iş adamları üçün təmin olunan miqrasiya azadlıqlarını dayandıraraq, xaricilərin ölkəyə girişini praktik olaraq tamamilə qadağan etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat verib.

28 dekabrdan yanvar ayının sonunadək Yaponiya hakimiyyəti yeni bir koronavirus növünün aşkarlanması ilə əlaqədar olaraq bütün ölkələrin və bölgələrin vətəndaşlarına yeni viza verilməsini dayandırıb. Hazırda ölkəyə yalnız öz vətəndaşları və burada daimi yaşayan uzunmüddətli vizaya sahib olan əcnəbilər daxil ola bilər.

Bununla yanaşı, səlahiyyətlilər müvafiq ikitərəfli müqavilələrin qüvvədə olduğu 11 ölkədən və bölgədən (Çin, Cənubi Koreya, Tayland, Vyetnam, Sinqapur, Malayziya və s.) iş adamları üçün miqrasiya azadlıqlarını dayandırmağa qərar verib.

Qeyd edək ki, Yaponiyada pandemiyanın başlanğıcından bəri 300 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.