“Yaraşıqlı olduğum üçün bir çox rolu itirdim”

yarasiqli-oldugum-ucun-bir-cox-rolu-itirdim
Oxunma sayı: 1864

Türkiyəli müğənni və aktyor Emre Altuğ karyerası ilə bağlı açıqlamalar verib. 

“Qafqazinfo” “Haber Turk”ə istinadən xəbər verir ki, İbrahim Selimin proqramına qonaq olan 55 yaşlı sənətçi “Bu günə qədər yaraşıqlılığının başına açdığı ən absurd vəziyyət nə olub?” sualını cavablandırıb.

Altuğ deyib ki, aktyor kimi müxtəlif obrazları canlandırmaq istəsə də, yaraşıqlı olduğu üçün bəzi rolları oynamaq fürsətini itirib.

2006-cı ildə çəkilmiş “Eve Giden Yol 1914” filmində “Halit” obrazını canlandıran aktyor bu rol üçün prodüseri razı salmalı olduğunu da söyləyib:

“Orada Erdal Beşikçioğlu ilə birlikdə çəkilmişdik. Mən filmdə pis adamı oynayacaqdım, amma prodüser buna ciddi şəkildə qarşı çıxırdı. “Bu adamdan pis adam olar?” deyirdi. Mən isə israr edirdim. Hətta prodüser “Sənə daha uyğun rol tapaq, istəsən o rolu böyüdüm” dedi. Mən isə “Mən bu işi məhz bu rol üçün qəbul etmişəm, özümü çirkinləşdirəcəyəm” dedim. Yaralar, qançırlar, saraldılmış dişlər… Nə etdimsə, o rolu oynadım”.

O həmçinin deyib ki, ən böyük problem fiziki xüsusiyyətləri ilə bağlıdır: “Deməli, mənim başıma ən çox bəla olan şey fiziki xüsusiyyətlərim oldu. Bir aktyor kimi insan bir az da xarakter rolları oynamaq istəyir”.