Yarımfinala çıxdı, amma xalçaya çata bilmədi

yarimfinala-cixdi-amma-xalcaya-cata-bilmedi
Oxunma sayı: 513

Bakıda keçirilən U-17 (17 yaşadək) yeniyetmələr arasında yunan-roma güləşi üzrə Dünya Çempionatında qəribə və gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan İran milli komandasının üzvü Armin İsmaili yarımfinal görüşünə vaxtında çatmadığı üçün Azərbaycan təmsilçisi birbaşa qələbə qazanıb.

Məlumata görə, Türkiyə təmsilçisi Kerem Dermanı 9:1, qazaxıstanlı Pakitjanı isə 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksələn A .İsmaili nəzərdə tutulan vaxtda arena zalına çata bilməyib. Hadisənin ilkin yarışlar başa çatdıqdan sonra zalı tərk edən İran heyətini daşıyan avtobusun zala vaxtında qayıda bilməməsi səbəbindən baş verdiyi bildirilir.

Yaranan bu diqqətsizlik və ləngimə nəticəsində vaxtında xalçaya çıxmayan idmançıya hakimlər tərəfindən texniki məğlubiyyət verilib və onun rəqibi – Azərbaycan güləşçisi qalib elan olunaraq finala yüksəlib.

Qeyd edək ki, sözügedən hadisə səbəbindən final şansını itirən A.İ smaili çempionatın bürünc medalı uğrunda təsəlliverici qarşılaşmada mübarizə aparmalı olacaq.