Yaxın günlərdə danışacaqlar

yaxin-gunlerde-danisacaqlar
Oxunma sayı: 1331

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə Polşa Prezidenti Karol Navrotski ilə görüşdə danışıb.

ABŞ lideri bildirib ki, Moskva ilə bağlı edəcəkləri barədə rusiyalı həmkarı ilə danışdıqdan sonra qərar verəcək.

“Onunla tezliklə söhbətim olacaq, nə edəcəyimizi öyrənəcəm”, - Tramp deyib.