Yaxın Şərqdə baş verən proseslərin Azərbaycanın maliyyə sektoruna təsirləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə baş direktor Şahin Mahmudzadə Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında danışıb.
“İnflyasiya konteksində neft qiymətlərinin artımı bizim üçün idxal, ixrac və valyuta rezervlərimizin artması deməkdir. Bu, bizim tərəfdaş olduğumuz ölkələrdə inflyasiyanın artması ilə bağlı olduğu üçün həm də, bizə inflyasiyanın idxalı deməkdir. Dəqiq konteksdə inflyasiya artacaq və ya azalacaq deyə bilmərik. Hazırda biz də prosesi izləyirik.
Digər iqtisadi konteksdə baxdıqda - cənub qonşularımızla olan münasibətlərimizdə ixracın və idxalın payı elə ciddi deyil. Maliyyə sektoruna indiki mərhələdə hər hansı təhdid olacağını düşünmürük”, - o qeyd edib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər