İsrailin Baş naziri Benyamin Netanyahu ofisinə hücum xəbərindən sonra ictimaiyyət qarşısında çıxış edərək, İrana qarşı əməliyyatı dünyanı xilas edən tədbir adlandıran açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp dünyanı xilas etmək üçün bu mühüm səydə bizə qoşuldu”, - Netanyahu bildirib.
O bildirib ki, İran hökuməti mülki şəxslərə hücum edir, İsrail isə mülki insanları qorumaq üçün İran hökumətinə hücum edir.
Son xəbərlər
Son Xəbərlər