Azərbaycanı Paris-2024-də oxçuluq növündə təmsil edən idmançı Yaylagül Ramazanova mübarizəni dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, Yaylagül birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlib.
Bu qələbə idman ekspertləri üçün gözlənilməz olub. İdmançımız ikinci turda almaniyalı Mişel Kroppenə 2:6 hesabıyla məğlub olub və Olimpiadadakı çıxışını tamamlayıb.
Qeyd edək ki, Yaylagül Ramazanova ölkəsini 7 aylıq hamilə ola-ola təmsil edib.