Yaz sessiyası ərzində hansı işlər görüldü?

yaz-sessiyasi-erzinde-hansi-isler-goruldu
Oxunma sayı: 1205

Milli Məclisin yaz sessiyası başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyasının 12 iclası keçirilib: “Bu müddətdə 123 qanun və qərar, iki  konstitusiya qanunu qəbul edilib. Parlamentin Aparatında 13 şöbə əvəzinə 9 şöbə saxlanılıb. İşlər İdarəsinin 9 şöbəsindən 4-ü saxlanılıb. Bu islahatlar parlamentin işinin daha səmərəli təşkilinə kömək edəcək”.

Qeyd edək ki, 82 deputatın təklifiylə iyun ayında parlamentin növbədənkənar sessiyaları keçiriləcək. 

Günel Türksoy