"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, Avstraliyanın Kerns şəhərində baş verən və ölkəni şoka salan hadisənin təfərrüatı məlum olub. Belə ki, 8 uşağın ölümündə onların anası ittiham olunur. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri ilə aşkarlanan qadın xəstəxanaya çatdırılıb, lakin istintaq zamanı o, şübhəli şəxs kimi saxlanılıb.
Qeyd olunur ki, öldürülən uşaqların 7-si qadının doğma övladı, digəri isə yaxın qohumudur. Öldürülən uşaqların ən kiçiyi 18 aylıq, ən böyüyü isə 15 yaşlı olub.
Ölkənin baş naziri Toni Ebbot da hadisə ilə bağlı açıqlama verib: "Bu cinayət sözlə ifadə olunası deyil".
Sevda