Yəmənin müvəqqəti paytaxtı qaranlığa qərq oldu

yemenin-muveqqeti-paytaxti-qaranliga-qerq-oldu
Oxunma sayı: 1327

Yəmənin müvəqqəti paytaxtı Ədəndəki Elektrik Qurumunun balansındakı yanacağın bitməsi səbəbindən şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı elektriklə bağlı problemin aradan qaldırılması üçün Yəmənə 75 min ton dizel yanacağı göndərib.

Yükün Əl-Bureyka limanına endirilməsi üçün çalışmalara başlanılıb.