Yeni ili “Shamakhi Palace Sharadil”də qarşılayın - Fotolar

yeni-ili-shamakhi-palace-sharadilde-qarsilayin
Oxunma sayı: 820

Yeni ilin sehrini yaşamaq üçün axtardığınız mükəmməl məkan artıq bəllidir. Qarlı dağ mənzərələri, Şamaxının təmiz havası, lüks istirahət atmosferi və zəngin proqramlarla dolu unudulmaz bayram günləri – bütün bunlar sizi “Shamakhi Palace Sharadil”də gözləyir.

31 Dekabr – 4 Yanvar tarixlərində hoteldə keçiriləcək möhtəşəm Yeni il proqramı, ailəniz və dostlarınızla birlikdə tətili ən yüksək səviyyədə yaşamağınız üçün xüsusi olaraq hazırlanıb.

Şamaxının sehrli atmosferində Yeni il tətilinizi həqiqətən unudulmaz etmək üçün xüsusi hazırlanmış bayram paketi sizi gözləyir. 31 Dekabr – 2 Yanvar tarixləri üzrə təqdim olunan bu premium tətil seçimi, 2 nəfər üçün 1782 AZN-dən başlayan qiymətlərlə lüks və komfortu bir araya gətirir. Bura hər gün təqdim olunan səhər, nahar və şam yeməkləri, həmçinin bütün yeməklər zamanı təqdim olunan limitsiz alkoqollu və alkoqolsuz içkilər , uşaqlar və böyüklər üçün əyləncə programı, canlı musiqi, SPA və qapalı hovuzilə tamamlanır.

Tətilinizin zirvəsi isə şübhəsiz ki, 31 Dekabrın möhtəşəm Qala Gecəsi olacaq – xüsusi Yeni il menyusu, canlı atmosfer və limitsiz içki seçimi ilə ilin ən sehrli gecəsini unudulmaz anlara çevirəcək.

“Shamakhi Palace Sharadil” isə bu təbiət harmoniyasının tam mərkəzində yerləşən, Yeni ili keçirmək üçün ən ideal məkandır. Otel, yüksək xidmət standartları, geniş və rahat otaqlar, SPA və qapalı hovuz, uşaqlar üçün oyun ərazisi, ailə və dostlarla keyfiyyətli zaman üçün yaradılmış atmosferi ilə qonaqlarına bayramın əsl ruhunu yaşadır.

Rezervasiya və ətraflı məlumat üçün: www.shamakhipalace.az