“Yeni mutasiya əvvəlkindən daha ölümcüldür” - Conson

yeni-mutasiya-evvelkinden-daha-olumculdur
Oxunma sayı: 2019

Böyük Britaniyada koronavirusun yeni mutasiyasının daha ölümcül ola biləcəyini sübut edən faktlar meydana gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Boris Conson çağırış edib.

"Koronavirusun yeni mutasiyasının daha sürətli və daha ölümcül olduğunu öyrəndik", - deyə Conson bildirib.

Qeyd edək ki, koronavirusun 3 müxtəlif ştammının olduğu ölkədə son sutkada 1401 nəfər həyatını itirib.