Yeni Nazirlər Kabinetinin ən gənc və yaşlı üzvü...

yeni-nazirler-kabinetinin-en-genc-ve-yasli-uzvu
Oxunma sayı: 9688

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabinetində yer alan yeni adlar yaşları ilə maraq doğurub.

Həmçinin oxuyun: “Жизнь - очень странная штука…” - Фулья Озтюрк

Belə ki, Prezidentin elan etdiyi 67-ci hökumətin ən gənc üzvü sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır (39 yaş), ən yaşlısı isə milli müdafiə naziri Yaşar Gülərdir (69 yaş). Bu hökumətin orta statistik yaş həddi isə 54 təyin olunub.

Mehmet Fatih Kaçır 1984-cü il oktyabrın 16-da İstanbul şəhərində anadan olub. O, 2018-ci ildə sənaye və texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.

Yaşar Gülər 1954-cü ildə Ərdahan rayonunda anadan olub. Gülər ​​1986-cı ildə Türkiyə Hərbi Akademiyasını, 1988-ci ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib. O, 2009-cu ildə general-leytenant rütbəsinə yüksəlib. Yeni nazir prezidentin 2018-ci il tarixli sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, Türkiyədə pensiya yaşı qadınlar üçün 58, kişilər üçün 60-dır.