Yeni qadağa qüvvəyə mindi - Sürücülərin diqqətinə - Fotolar

yeni-qadaga-quvveye-mindi
Oxunma sayı: 27460

Xəbər verdiyimiz kimi, ötən gün Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

“Qafqazinfo”nun əməkdaşı bu gün adıçəkilən ərazidə olub, hazırkı vəziyyəti işıqlandırmağa çalışıb.

Məlum olub ki, həm “28 May” metrostansiyası, həm də Bakı Dəmiryol Vağzalı qarşısında sadəcə avtobusların girişinə icazə verilir və avtomobillərin girişinə qadağa qoyulması ilə bağlı işarələr qoyulub. Ərazidə yol polisi əməkdaşları da xidmət edir. 

Ötən gün verilən qərarla bağlı demək olar ki, sürücülərin çoxu məlumatsızdır. Belə ki, hazırda həmin əraziyə girmək istəyən sürücülər 80 manat məbləğində cərimə olunur.

Qeyd edək ki, ötən gün açıqlama verən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumatın bu gündən ictimaiyyətə açıqlanacağını bildirmişdi.

Pərvin Zeynalın ərazidən çəkdiyi fotoları təqdim edirik: