Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın (“Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru cari ildə ikinci dəfə dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, buna qədər şirkətin baş icraçı direktoru olan Emre Yavuz vəzifəsindən azad edilib və onu bu vəzifədə yerli mütəxəssis Sadaylı Qəhrəman Ramiz oğlu əvəz edib.
Q.Sadaylı 2022-ci ildən bu günə qədər Qrup marketinqi və ixrac direktoru vəzifəsində çalışıb. Daha əvvəl isə “Bakcell” şirkətində işləyib.
Emre Yavuz 2024-cü ilin ikinci rübündən etibarən soft drink istehsal edən şirkətə rəhbər seçilmişdi.
Xatırladaq ki, “Mars Overseas Baku LTD” 1998-ci ildə yaradılıb və 69 944 milyon manat nizamnamə kapitalı var. Şirkətin strukturundakı “Qəbələ Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu”, “Quba Konserv Zavodu”nda məhsullar istehsal edilir.
Azərbaycanda istehsal etdikləri isə “Pepsi”, “Mirında”, “Mountain Dew”, “7UP”, “Jalə”, “Zolotoy Sad” və “Natura”, “MIA”, “I’m Tea” kimi brendlərdir.