Yerusəlimdə Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü - Fotolar

yeruselimde-azerbaycan-ve-israil-xin-rehberleri-gorusdu
Oxunma sayı: 1758

İsraildə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yerusəlimdə israilli həmkarı Eli Kohenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

Qeyd edilib ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilib.

***

İsrailin XİN rəhbəri Eli Kohen də öz tviter hesabında Ceyhun Bayramoun səfəri barədə paylaşım edib: “Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz!”

***

Azərbaycan və İsrail XİN rəhbərləri arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə İsrail arasında çoxşaxəli əməkdaşlıq məsələləri müzakirə edilib.