Yevlaxda 19 yaşlı qız itkin düşdü - Foto

yevlaxda-19-yasli-qiz-itkin-dusdu
Oxunma sayı: 5222

Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

S.Mustafalının əlamətlərini belədir: boyu 160 sm, arıq bədən quruluşlu, saçları uzun və qaradır.

S.Mustafalının yeri barədə məlumatı olan şəxslər DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə və 022-336-45-02; 051-468-11-11 nömrələrinə zəng vuraraq məlumat verə bilərlər.