Yığmamız Belçikaya uduzdu

yigmamiz-belcikaya-uduzdu
Oxunma sayı: 1272

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

"Qafqazinfo" xəbər verir ki, komandamız Borqlon şəhərində Belçika yığmasının qonağı olub.

Bu görüşdə yığmamız 3:5 hesabı ilə uduzub. Millimizin heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.