Yol təmiri “20 Yanvar dairəsi”ni iflic etdi - Fotolar

yol-temiri-20-yanvar-dairesini-iflic-etdi
Oxunma sayı: 5149

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən aparılan təmir işləri bu istiqamətdə hərəkəti tamamilə iflic edib.

Tıxacda qalan vətəndaşlar “Qafqazinfo”ya bildiriblər ki, hazırda “20 Yanvar dairəsi”nə bütün hərəkət istiqamətləri demək olar ki, bağlanmış vəziyyətdədir.

Saatlarla Ziya Bünyadov prospektindən “20 Yanvar dairəsi”nə doğru yolun bağlı qalmağı yüzlərlə avtomobilin benzininin bitməsinə və bu səbəbdən də nəqliyyat vasitələrinin dayanmasına səbəb olub.

Avtobuslarda olan sərnişinlər isə yolu piyada getmək məcburiyyətində qalmalı olublar.

Ərazidə xidmət edən DYP əməkdaşları hərəkəti tənzimləməyə çalışırlar.