Yolu keçərkən telefon və qulaqlıqlardan istifadə etməyin! - Video

yolu-kecerken-telefon-ve-qulaqliqlardan-istifade-etmeyin
Oxunma sayı: 1509

Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı piyadalara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Piyadalar yol hərəkətinin ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, bəzi hallarda məsuliyyətsiz davranışlar onların həyatını risk altına salır.

- Yolu yalnız piyada keçidlərindən keçin;

- Svetoforun siqnalına əməl edin;

- Telefon və qulaqcıqlardan istifadə etməyin;

- Azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olun.

Unutmayın ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər. Qaydalara əməl etməklə siz təkcə özünüzü deyil, başqalarının da həyatını qoruyursunuz”.