“Naxçıvana uçan təyyarə təhlükəsizlik məqsədilə Bakıya qayıdıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.
***
Naxçıvan Beynəlxalq Hava Limanının Mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb:
“Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq”.
Son xəbərlər
Son Xəbərlər