Ukraynadan Naxçıvana dron hücumu ilə bağlı - Açıqlama

ukraynadan-naxcivana-dron-hucumu-ile-bagli
Oxunma sayı: 2871

“Ukraynanın Azərbaycandakı Səfirliyi İran dronlarının Naxçıvan ərazisinə hücumu barədə məlumat və xəbərləri diqqətlə izləyir”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev etdiyi paylaşımda bildirib.

“İran pilotsuz uçuş aparatları çoxdan terror aləti halına gəlib. Məhz bu silahı İran rejimi Rusiyaya ötürüb və Rusiya ondan Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın vurğuladığı kimi, biz həmişə İran xalqının - məhz xalqın tərəfindəyik. İran rejimi onilliklər ərzində regionu terror altında saxlayır, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir.

Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına saymazyana yanaşan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir.

Azərbaycana dəstək və həmrəyliyimizi ifadə edir və qlobal təhlükəsizliyi, eləcə də xalqlarımızın gələcəyini sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birliyə çağırırıq”, - paylaşımda deyilir.