Dünən gecə saatlarında Saatlıda ağır yol qəzası qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, saat 22 radələrində 1980-cı il təvəllüdlü Füzuli Mənsimov idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.
Nəticədə 1981-ci il təvəllüdlü Hikmət Qəhrəman oğlu İsgəndərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər