Yüksək vəzifəli şəxs yol qəzasında öldü

yuksek-vezifeli-sexs-yol-qezasinda-oldu
Oxunma sayı: 11814

Bu gün səhər saatlarında Xızı rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Xızı-Giləzi yolununun 24-cü kilometrliyində "Niva" markalı avtomobil yolun kənarında dayanmış 1957-ci il təvəllüdlü Tofiq Məmmədovu vuraraq öldürüb. Belə ki, "Niva" markalı avtomobil əvvəlcə "Daewoo Nexia" markalı digər avtomobillə toqquşub. Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında olan T.Məmmədovu vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Xəbəri rus dilində oxuyun: Гиганты агротехнологий собрались в Баку - Фото+Видео

Qeyd edək ki, T.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktorudur. Hadisə onun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.

T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.

Hadisə ilə bağlı ilk məlumatı “Report” yayıb.

Nizam Rza