Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hazırda Ağdamdadır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş əməkdaşı verib.
Müdafiə nazirinin korteji bir neçə dəqiqə əvvəl Ağdam rayonunun Əfətli kəndi istiqamətində hərəkət edib. Zakir Həsənov Azərbaycan ordusunun cəbhə bölgəsində yerləşən mövqelərinə baş çəkəcək.
Əfətliyə gedən yollar polis əməkdaşları və nazirliyin hərbi maşınları tərəfindən nəzarətə götürülüb.
***
Meydan TV-nin məlumatına görə, saat 12: 10-da Müdafiə Nazirliyinin hərbi helikopterləri Ağdamın Təzəkənd kəndində görünüb. Müdafiə naziri Zakir Həsənov 8 helikopterlə təmas xətti boyunca müşahidə xarakterli uçuşlar həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər