Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo” Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
General-polkovnik Z.Həsənov sərgidə “Roketsan”, “TUSAŞ”, “HAVELSAN”, “BAYKAR”, “TUALCOM” və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.




Son xəbərlər
Son Xəbərlər