Zakir Həsənov Türkiyədədir

zakir-hesenov-turkiyededir
Oxunma sayı: 1753

Mayın 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və “EFES - 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.