“Zaporojye AES yaxınlığında döyüşlər təhlükəlidir”

zaporojye-aes-yaxinliginda-doyusler-tehlukelidir
Oxunma sayı: 1021

Vaşinqton Rusiyanı Zaporojye Atom Elektrik Stansiyası (AES) və ölkədəki digər nüvə obyektləri üzərində tam nəzarəti Kiyevə qaytarmağa çağırır.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib:

“Biz Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya onun yaxınlığında bütün hərbi fəaliyyətləri dayandırmağa və tam nəzarəti Ukraynaya qaytarmağa çağırırıq. Həmçinin Ukrayna hakimiyyət orqanları və operatorlarına çətin şəraitdə nüvə təhlükəsizliyinə göstərdikləri fədakarlığa görə minnətdarıq. AES yaxınlığında döyüşlər təhlükəlidir”.

Qeyd edək ki, avqustun 5-də Rusiya ordusu Zaporojye AES-i atəşə tutub. Nəticədə enerji bloklarından birində qəza baş verib.