Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında mina partlayıb.
“Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi məlumat verib.
O bildirib ki, hadisə bu həftə baş verib. Stansiyanın yaxınlığında bir mina partlayıb.
Qrossi vurğulayıb ki, bölgədə döyüş əməliyyatları davam etdiyi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye AES-də olan ekspertləri də xəbərdarlıqdan sonra sığınacağa qaçmağa məcbur olublar.
Son xəbərlər
Son Xəbərlər