Zəhərləndiyi deyilən Abramoviç İstanbulda danışıqlarda - Video

zeherlendiyi-deyilen-abramovic-istanbulda-danisiqlarda
Oxunma sayı: 6007

Xəbər verdiyimiz kimi, İstanbulda Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, müzakirə toplantısına zəhərləndiyi iddia olunan iş adamı Roman Abramoviç də qatılıb.

Qeyd edək ki, daha öncə “Bellingcat” tədqiqatlar qrupu Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyinə dair məlumat yayıb. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilirdi.

Xəbəri rus dilində oxuyun: Азербайджанская нефтянка, в отличие от твоей "пятой точки", надежно прикрыта ПВО и ПРО - Расим Мусабеков

В Азербайджане подорожала бумага формата А4

Qeyd edilirdi ki, söhbət 2022-ci il martın 3-dən 4-nə keçən gecə baş tutan danışıqlardan gedir.

Abramoviç və digər rusiyalı iş adamı deputat Rustem Umerovla birlikdə danışıqlarda iştirak edib:

“Həmin gecədən sonra danışıqlar qrupunun üç üzvü gözlərin və dərinin iltihabı, gözlərdə qızarıqlıq və ağrı kimi simptomları hiss edib. Simptomlar səhərə qədər səngiməyib”.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bu məlumatı informasiya təxribatı adlandırıb.

***

“RİA Novosti” xəbər verir ki, Abramoviç danışıqlardan əvvəl Prezident Ərdoğanla danışıb.