“Abramoviç və ukraynalı nümayəndələr kimyəvi silahla zəhərləniblər”

abramovic-ve-ukraynali-numayendeler-kimyevi-silahla-zeherlenibler
Oxunma sayı: 6367

Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bellingcat” tədqiqatlar qrupunun Tvitter hesabında yazılıb. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilir.

Qeyd edilir ki, söhbət 2022-ci il martın 3-dən 4-nə keçən gecə baş tutan danışıqlardan gedir.

Abramoviç və digər rusiyalı iş adamı deputat Rustem Umerovla birlikdə danışıqlarda iştirak edib.

“Həmin gecədən sonra danışıqlar qrupunun üç üzvü gözlərin və dərinin iltihabı,  gözlərdə qızarıqlıq və ağrı kimi simptomları hiss edib. Simptomlar səhərə qədər səngiməyib”, - deyə qeyd olunur. 

“Bellingcat”ın məlumatına görə, ertəsi gün bir qrup nümayəndə Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqları davam etdirmək üçün Kiyevdən Lvova, Polşaya, oradan isə İstanbula yola düşüb. “Bellingcat” tədqiqatçıları kimyəvi silah mütəxəssislərinin ekspertiza keçirməsi üçün kömək istəyib.

"Müttəxəssislər uzaqdan müayinələr əsasında belə qənaətə gəliblər ki, simptomlar çox güman ki, naməlum kimyəvi silahdan zəhərlənmənin nəticəsidir. Alternativ daha az ehtimal olunan fərziyyə mikrodalğalı radiasiyadan istifadə olub. Növbəti həftə ərzində simptomlar tədricən yox oldu”, - deyə məlumatda qeyd edilir.  

O da bildirilib ki, simptomları olan hər üç nümayəndə simptomların başlamasından bir neçə saat əvvəl yalnız şokolad və su qəbul ediblər. Onlardan istifadə edən komandanın dördüncü üzvü heç bir simptom yaşamayıb.

“Bellingcat” əmindir ki, zəhərlənmə qəsdən edilib.

“İki ekspert və həkimin fikrincə, simptomlar porfirin, orqanofosfatlar və ya bisiklik maddələrin variantlarına ən çox uyğun gəlir”.

Mütəxəssislərin fikrincə, istifadə edilən toksinin dozasının və növünün həyati təhlükəsi zəhərlənənlərə zərər vermək üçün kifayət etməyib və çox güman ki, qurbanları qorxutmaq məqsədi daşıyıb. Zərərçəkənlər sui-qəsd cəhdində kimin maraqlı ola biləcəyini bilmədiklərini deyiblər.