Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi

zelenski-beser-esede-10-il-muddetine-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1711

Ukrayna Prezidenti Volodimir Zelenski Suriya Prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda fərman Ukrayna Prezident Aparatının saytında dərc olunub.

Bildirilib ki, Əsədə qarşı sanksiyalar 10 il müddətində qüvvədə olacaq. Bunlara, əgər varsa, aktivlərin bağlanması və hər hansı ticarət fəaliyyətinin qadağan edilməsi və s. daxildir. Sanksiyalar həmçinin Suriyanın 70 yaşlı Baş naziri Hüseyn Arnus və xarici işlər naziri Feysəl əl-Mikdada qarşı da tətbiq edilib. Ümumilikdə sanksiya siyahısında 300 nəfər var. Onların arasında Rusiya vətəndaşlığı olan üç suriyalı, rus və Krımdan olan bir ukraynalı da var.