Zelenski bu qadınları Ukrayna PA rəhbərinin müşavirləri təyin etdi

zelenski-bu-qadinlari-ukrayna-pa-rehberinin-musavirleri-teyin-etdi
Oxunma sayı: 1828

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Prezident Aparatının rəhbərinin müşavirləri Andrey Smirnov və Aleksey Dneprovu işdən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncamlar Ukrayna prezidentinin saytında dərc olunub.

Vəzifələrindən uzaqlaşdırılan Smirnov və Dneprovun yerinə Zelenski iki qadını təyin edib. Onlardan biri əvvəllər Ukrayna PA-nın İnformasiya Siyasəti Direktorluğunun strateji kommunikasiyalar baş şöbəsinə rəhbərlik etmiş Yelena Kovalskayadır.

Bundan əlavə, İrina Mudraya da PA-nın rəhbərinin müşaviri vəzifəsinə təyin edilib. 2022-ci ilin mayından o, Ukrayna ədliyyə nazirinin müavini vəzifəsində çalışır.