“Zelenski hazırdırsa, Moskvaya gəlsin” - Putin

zelenski-hazirdirsa-moskvaya-gelsin
Oxunma sayı: 4721

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə Moskvaya dəvət edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bu haqda Çinə səfərinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Dedim - bəli, mümkündür (Zelenski ilə görüş keçirmək). Sonda Zelenski hazırdırsa, Moskvaya gəlsin”, - Putin bildirib.