“Azəriqaz” rəhbərliyinin Mingəçevirdə vətəndaş qəbulu keçirəcək

azeriqaz-rehberliyinin-mingecevirde-vetendas-qebulu-kecirecek
Oxunma sayı: 236

SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Mingəçevir şəhərində planlaşdırılır. 

“Qafqazinfo” xəbər verir ki, qəbul yanvarın 23-ü saat 11:00-da Gənclər Evində baş tutacaq. 

Görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.