Zelenski Nyu-Yorkdadır

zelenski-nyu-yorkdadir
Oxunma sayı: 2937

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorka getdiyini və orada bir sıra mühüm görüşlər keçirməyi planlaşdırdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu haqda öz teleqram kanalında yazıb.

“Növbəti vacib və məşğul günlərdir. BMT Baş Assambleyası, Davamlı İnkişaf Məqsədləri Sammiti, Təhlükəsizlik Şurası. Əhəmiyyətli ikitərəfli görüşlər artıq planlaşdırılıb”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Vaşinqtonda Zelenskinin ABŞ Prezidenti, Konqresin palata və partiya rəhbərləri, hərbi rəhbərliklə danışıqları planlaşdırılır.