Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

zelenski-rusiyaya-qarsi-yeni-sanksiyalar-tetbiq-etdi
Oxunma sayı: 1329

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusla əlaqəli 51 fiziki və 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti müvafiq fərmanı bu gün imzalayıb.

Kiyevin yeni sanksiyalar siyahısına “Mobil Telesistemlər” (MTS), “Volqa-Dnepr Lizinq”, “RZD Logistics”, “RZDstroy”, “Solikamskiy Eksperimental Metallurgiya Zavodu”, “Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu” və “Minsk Avtomobil Zavodu” kimi şirkətlər, eləcə də digər müəssisələr daxil edilib.