Zelenski vurulmuş “Şahed-136” İran PUA-sının yanından video-müraciət etdi

zelenski-vurulmus-sahed-136-iran-pua-sinin-yanindan-video-muraciet-etdi
Oxunma sayı: 5977

“İki gün ərzində rus işğalçıları Ukrayna ərazisinə hücum etmək üçün 30-dan çox drondan istifadə edib, onlardan 23-ü vurulub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də axşam saatlarında dərc olunmuş video-müraciətində danışıb.

Zelenskinin qaranlığa qərq olmuş Kiyevdə İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatının yanında dayanması diqqətdən qaçmayıb. O, PUA-nı göstərərək deyib: 

“Döyüşürük, daha da vuracağıq. Səmamızın gözətçilərinə təşəkkür edirəm. Mən bu “Şahed”in vurulmasında iştirak edən hər kəsə təşəkkür edirəm", - o əlavə edib.