Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) həyata keçirdiyi kadr islahatları ölkədə konstitusiya mübahisəsinə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Ali Radanın “Avropa Həmrəyliyi” fraksiyası dövlət başçısını əsas qanunu pozmaqda ittiham edib. Buna səbəb isə Zelenskinin imzaladığı qərarla Vasil Malyukun yerinə Yevgen Xmaranı SBU-nun yeni rəhbəri təyin etməsidir.
Müxalifət fraksiyasının teleqram kanalında yayılan bəyanatda bildirilir ki, bu təyinat proseduru kobud qanun pozuntuları ilə müşayiət olunub:
“SBU rəhbərinin təyin edilməsi və vəzifədən azad edilməsi birbaşa prezidentin səlahiyyəti deyil. Prezident yalnız təklif təqdim edir, yekun qərar isə parlament tərəfindən qəbul edilir. Bu addımla prezident Konstitusiya ilə müəyyən edilmiş səlahiyyət hədlərini aşıb”.
Fraksiya üzvləri konstitusiyanın qarantı olan bir şəxsin bu cür hərəkətlərə yol verməsinin qanunsuz olduğunu qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər