Zəlzələ ilə bağlı FHN-dən açıqlama

zelzele-ile-bagli-fhn-den-aciqlama
Oxunma sayı: 3979

Fövqəladə Hallar Nazirliyi (FHN) martın 24-də İsmayıllıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, martın 24-də saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.