Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə” “Turan Tovuz”la heç-heçə edib.
“Qafqazinfo” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.
Beləliklə “Zirə” 27 xalla dördüncü, “Turan Tovuz” isə 31 xalla üçüncü pillədə qalıb.