Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib.
Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Ağ-qaralar” turnir cədvəlində 35 xalla 6-cı, Zirə təmsilçisi isə 58 xalla 2-ci yerdə qərarlaşıb.
Azərbaycan Premyer Liqası, 30-cu tur
13 aprel
19:15. “Neftçi” - “Zirə” - 2:4
Qollar: Filip Ozobiç, 9 (1:0), Edvin Kuç, 23 (2:0), Rafael Utziq, 43 - pen. (2:1), Davit Volkov, 61 (2:2), Rafael Utziq, 75 - pen. (2:3), Ceyhun Nuriyev, 77 (2:4)
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.